Mehriban xanımın xeyir-duası ilə açılan məscidin qazı kəsilib: Özü də İmamın 40 mərasimində
- 1-11-2018, 11:18
- 1 235
Həmin açılışdan bir həftə sonra yaşanan digər bir hadisə də ciddi müzakirələrə yol aça biləcək qəbildəndir. Belə ki, dünən məsciddə İmamın 40 mərasimi keçirilirmiş. Yeməklərin hazırlanışı sırasında birdən-birə qaz kəsilir. Uzun gözləyişə baxmayaraq, qazın verilmədiyini görən məscidin axundu Hacı Əbdül ala-yarımçıq bişmiş yeməkləri başqa yerdə bişirtdirmək məcburiyyətində qalır. Hər halda AtaTV.az-ın yaydığı məlumatdan belə çıxır. ““İmam Hüseyn” məscidində imamlarımızın 40 yas mərasimi qeyd olundu” sərlövhəli məqalənin sonunda deyilir:
“Ehsan yeməklərinin hazırlanması zamanı mavi qaz verilməsi kəsildiyindən, Hacı Əbdül ehsan bişirilən qazanları öz şəxsi avtomobili ilə başqa ünvana aparır və həmin ünvanda bişirildikdən sonar, yeməkləri vaxtında məscidə çatdırır. Həmin gün mavi qaz verilməsinin dayandırılması hər kəsi şoka salır”.
http://atatv.az/gundem/4675-imam-huseyn-mescidinde-imamlarimizin-40-yas-merasimi-qeyd-olundu.html
Həqiqətən də şok yaradası hadisədir. Nədən ki, Azərbaycanın mavi qazı hətta xaricdəki erməni kilsələrinə belə müftə verilir. Həmin kilsələrdə keçirilən mərasimlərdə ermənilər, yəqin ki, heç bir qaz kəsintisi ilə üzləşmədən öz yeməklərini də hazırlaya bilirlər. SOCAR rəhbərliyi bunu dini tolerantlıq nümunəsi kimi gözümüzə soxur. Amma nədənsə eyni diqqət öz dini dəyərlərimizə göstərilmir. Azərbaycan hökumətinin ikinci şəxsi sayılan Mehriban xanımın xeyir-duası ilə yenidən müsəlmanların xidmətinə verilən “İmam Hüseyn” məscidi ilk sürprizini açılışından bir həftə sonra, özü də İmamın 40 mərasimində yaşayır.
Görəsən, bu hadisənin arxasında dayanan əsl səbəb nədir: siyasi qısqanclıq, dini dəyərlərə sayqısızlıq, hakimiyyət daxilində baş verdiyi güman olunan ikitirəlik, yoxsa adi bir texniki nasazlıq? Əlaqədar qurumlar bu suala aydınlıq gətirməlidirlər.
ovqat.com