''1 milyona ayı əti yeyiblər, amma 11 min manatımızı vermirlər''
- 31-10-2018, 11:07
- 1 280
Keçən həftə də etiraz edənlərə Administasiyadan bildirilib ki, problemlərinin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsinlər. Oktyabrın 30-da isə şikayətçilərə deyilib ki, 4-cü gün, yəni noyabrın 1-də yenidən gəlsinlər. Onları Adminstrasiyanın şöbə müdiri Fuad Ələsgərov və problemlər bağlı yaradılan komissiya dinləyəcək. Problemin həlli üçün çalışacaqlarını söz veriblər.
Ölkə başçısı İlham Əliyevin 19 apreldə verdiyi fərmana əsasən müavinət 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilir. Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən ötən həftədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb.