Bakı-Astara yolunda ağaclara qənim kəsilənlərə nə vaxt "dur!" deyiləcək?
- 28-10-2018, 21:48
- 1 384
Moderator.az -ın əməkdaşının bildirdiyinə görə magistral yolun hər iki tərəfində ağaclar naməlum şəxslər tərəfindən kəsilərək məhv edilir. Bundan rayon sakinləri də narahatdır. Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonları ərazisində yol qırağındakı nəhəng ağaclar kəsilərək ərazidən daşınır.
Ümidvarıq ki, məsələni tez bir zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarətə götürəcək.
Ərazidən çəkdiyimiz fotoları təqdim edirik: