Həştərxanda Heydər Əliyev adına məktəbdə tədbir keçirilib
- 23-10-2018, 15:59
- 1 558
İH-dən daxil olan xəbərə görə, tədbirdə Rusiya tərəfindən Həştərxan Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri vəzifəsini icra edən Denis Afanasyev və digər rəsmilər iştirak ediblər.
Məktəbin direktoru T.Tixomirova tədbir iştirakçılarına və birinci sinif şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən məktəbin tam təmiri, rekonstruksiyası və yeni korpusunun tikilməsi barədə, məktəbə göstərilən daimi diqqətdən məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Hicran Hüseynova təhsilinin ilk ilində artıq fərqlənən birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun mükafatlarını təqdim edib.
Yekunda məktəb şagirdlərinin ifasında ədəbi-bədii hissə nümayiş olunub.