“Təmiz Şəhər” batır: zərər 161 milyon manatı keçdi
- 23-10-2018, 11:50
- 1 242
O cümlədən 2017-ci ildə dövlət şirkətinin uzunmüddətli aktivlərinin dəyəri 28,1% azalaraq 62,202 mln. manata düşüb, cari aktivlərinin dəyəri isə 61,3% artaraq 27,578 mln. manata çatıb.
"Təmiz Şəhər” ötən ilin sonuna 730 min manat cəmi öhdəliklərə (illik müqayisədə 84,7% az), 88,049 mln. manat isə cəmi kapitala (9,6% az) malil olub.
Dövlət şirkəti 2017-ci ili 33,997 mln. manat zərərlə başa vurub. Bununla da, onun yığılmış zərəri 161,394 mln. manata çatıb.