Sürüşmə zonasında nə dəyişiklik var?

Sosial

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah sürüşmə ərazisi ilə bağlı növbəti məlumat yayıb.

Sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabillilik qalmaqdadir. Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb. Sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.