Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub
- 9-10-2018, 18:10
- 1 480
Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin əmri ilə Sabir Əliyev Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin olunub.
O, bu vəzifədə Elnur İmanovu əvəzləyib.
Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.