Dəmiryol poliklinikasında QALMAQAL – VİDEO
- 17-01-2017, 22:49
- 2 405
Poliklinikanın dövlət balansından çıxarılacağı və işçilərə bu aydan etibarən 2 ay maaş verilməyəcəyi barədə edilən xəbərdarlıq işçilərin narazılığına səbəb olub. 317 tibb işçisinin çalışdığı Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən 2 saylı Dəmir yol poliklinikasının əməkdaşları işlərini itirmək təhlükəsi ilə qarşılaşıblar….
Xəstəxanın ödənişli əsaslarla xidmət göstərəcəyi barədə yayılan söz söhbətlər, passientlərində narahatlığına səbəb olub.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova açıqlama verərək bildirib ki, xəstəxananın bağlanmasından söhbət gedə bilməz. Maliyyə çətinlikləri olmasına baxmayaraq işçilər öz maaşlarını alacaqlar. Gələcəkdə isə ixtisarlar və struktur dəyişiklikləri ola bilər ki, bununda hansı formada olacağını hələlik dəqiq demək mümkün deyil.