Sabah hava necə olacaq?
- 8-10-2018, 14:43
- 1 244
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti təşkil edəcək.