Leyla Abdullayeva XİN-ə mətbuat katibi təyin edildi
- 5-10-2018, 13:27
- 1 842
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.
L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Naziriyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.