Şirəliyevin göstərişinə məhəl qoyulmadı - Yaralılara baxmağa görə 200 manat RÜŞVƏT İSTƏDİLƏR
- 2-10-2018, 17:19
- 1 225
xalqxeber.az Baku.tv-yə istinadən məlumat verir ki, xəstəxanada hadisə nəticəsində xəsarət alan şəxsin valideynlərindən rüşvət tələb olunub.
Belə ki, Ağayeva Rubay Cəfər qızının yaxınları 3 saylı şəhər klinikasının reanimasiyasında yerləşdirilən övladlarını görə bilmədiklərini bildirirlər. Valideyn iddia edib ki, xəstəxananın həkimləri övladlarını görmək üçün onlardan 200 manat pul tələb edir.
Sözügedən məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova ittihamların həqiqətə uyğun olmadığını deyib.