"Azəriqaz" sakinləri çilədən çıxarıb...
- 2-10-2018, 12:36
- 1 535
Sakinlər bildirir: "Bizim ərazidə yeni yol çəkirlər. Birinci gün dedilər ki, yol çəkərkən qəza baş verib. Amma yalan deyirlər. Yenə də problem qalıb. Qaynar xətt-ə zəng edirik, deyirlər ki, cəmi 5-6 ev qalıb, problemi həll edirlər. Amma 3-cü gündür ki, problem qalır və onların dediklərindən qat-qat artıq evdə təbii qaz yoxdur".
Sakinlər bildirir ki, artıq bununla bağlı etiraz etmək, yolu kəsmək istəyirlər: "Evində körpəsi, xəstəsi olan var. Belə işləmək olmaz axı... Hara şikayət edəcəyimizi bilmirik".
Məsələni diqqətdə saxlayacağıq...
DİA.AZ