Xəzər klinikasının baş həkiminin əməliyyat etdiyi xəstə bir neçə saatdan sonra vəfat etdi - VIDEO
- 29-09-2018, 13:31
- 1 099
Lakin genekoloji nasazlığı səbəbindən Xəzər klinikasının baş həkiminin müayinələrinə istiqamətləndirilən Şərqiyyə xanım animiyadan, yəni qan azlığından əzab çəksə də, baş həkim tərəfindən əməliyyat olunmağa yönləndirilir. Hipertaniya xəstəliyi, yüksək qan laxtalanması, ayağında varikoz olmasına baxmayaraq, baş həkimin əminliklə əməliyyatı üzərinə götürməsi xəstə və ailəsinin əməliyyata razı olmasına gətirib çıxarır.
Xəstə əməliyyatdan ayıldıqdan sonra qızı Songül Əhmədova onunla görüşmüş və rənginin dəyişməsinin, gömgöy göyərdiyinin, titrəməsinin şahidi olur. Həmin gün xəstə rəhmətə getmişdir. Xəstənin ölümünün hansı şəraitdə baş verməsi yaxınlarına bildirilməmişdir.
Ölüm səbəbi kimi ağciyər tromboemoliyası yazılmışdır. Əməliyyatdan sonra rəhmətə getmiş xəstənin yaxınları Şərqiyyə Əhmədovanın ölümünü Xəzər klinikasının həkimlərinin məsuliyyətsizliyinin nəticəsi hesab edirlər.