""Allah haqqı, evdə məni "nadayet" ediblər" - Şagirdlərə öyrədilən Azərbaycan dili kitabında biabırçılıq
- 27-09-2018, 13:54
- 1 983
O deyib ki, övladı 8-ci sinifdə təhsil alır və 8-ci sinif Azərbaycan dili dərsliyində olan dialoq onu narahat edir: "Mənim övladım kitabda yazılan bu sözləri gündəlik həyatında da istifadə etməyə başlayıb. O "brat", nadayet eləmə", "təkərə salma məni" və başqa ifadələri dilinə düşüb. İrad bildirində isə kitabı istinad olaraq göstərir. Təhsil Nazirliyi belə şeylərə nəyə görə icazə verir, hələ də anlamıram".