İcra məmuru rəhmətə getmiş şəxsin məhkəməyə gəlməsini tələb edir
- 27-09-2018, 11:03
- 1 393
“Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansı ki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu 4 ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonra halı pisləşib”.
Onun sözlərinə görə, atası sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalovdan borc alıbmış: “Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik. Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?”