Binəqədi bələdiyyəsinə yeni sədr seçildi
- 26-09-2018, 14:38
- 2 760
Bələdiyyə üzvlərinin yekdil qərarı ilə bələdiyyəyə rəhbərlik "Yerli İqtisadi Məsələlər” daimi komissiyasının sədri Salman Umudova həvalə edilib. Qeyd edək ki, Salman Umudov Azərbaycan gənclər hərəkatının tanınmış simalarındandır. 1995-2004-cü illərdə o, Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub.
Hazırda Gənc Sahibkarlar Birliyinin sədridir. 2005-ci ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli İqtisadi Məsələlər Daimi Komissiyasının sədridir. Salman Umudov 1975-ci ildə anadan olub.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Bakalavr, 1999-cu ildə isə Magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin "Dövlət İdarəçiliyi” ixtisası üzrə disertantıdır.
Evlidir, 3 övladı var.