Polislər körpənin həyatını xilas etdilər - FOTO
- 21-09-2018, 20:09
- 2 414
“ Belə bir şüar var .“Mənim polisim məni qoruyur” . Bu şüarın reallığını Qax Rayon Polis Şöbəsinin əməkdaşları Eltac və Tərlanın insani keyfiyyətləri ilə tanış olduqdan sonra daha yaxşı anladım. Gecə saat 4 radələrində evimizin ilk nübarı olan nəvəm 41 dərəcə qızdırma içindəydi. Hamımız təşvişə düşmüşdük. Maşınımızla həkimə getməli olduq. Təsadüfən yolda avtomobilimizin yanacağı qutardı. Artıq vəziyyət daha da ciddiləşmişdi. Elə bu zaman, yəni gecə saatlarında polis maşını ilə qarşılaşdıq. Onların köməyi sayəsində xəstəxanaya getməyə müvəffəq olduq və körpənin həyatı xilas oldu. Bu mənim ailəm üçün polislərimiz tərəfindən ən gözəl hədiyyə idi. Xeyirxah əməlləri ilə körpəmizi həyata qaytaran Eltac və Tərlana ailəmiz adından böyük təşəkkürümü bildirirəm”.
Polis serjantları Eltac Məmmədov və Tərlan Yusifov 2 ildir ki, Qax RPŞ-də xidmət edirlər. Onlar deyir ki, xidmət zamanı oxşar hallarla çox rastlaşırlar. Belə zamanlarda biz də polis əməkdaşı olaraq həm vətəndaşın yanında olub ona köməklik göstəririk, həm də insanlıq borcumuzu yerinə yetiririk. Bu hadisə sadəcə onlardan biridir
Mahir Məsimov
DİN Mətbuat Xidmətinin əməkdaşı