Nikoil Bank-dan narazılıq - 6 saylı filalda insanları necə ölümə təhrik edirlər?
- 19-09-2018, 15:42
- 1 320
Əzimov Eldəniz bildirir ki, bir neçə gün Nikoil banka getdim və orada yüzlərlə mənim halıma salınmış müştərilərlə rastlaşdım. Orada Nizami adlı bir şəxs özüylə benzin gətirmişdir ki, indi özümü yandıracam. Lakin orada olan ağsaqqların söhbətindən sonra Nizamini sakitləşdirdik. Orada olan şəxslərdən biri bildirdi ki, 5 – 6 ay bundan öncə onun gözü qarşısında bir cavan oğlan üzərinə benzin töküb yandırmışdı. Amma tez müdaxilə olunduğuna görə yüngül yanıqla ötüşmüşdü və qolu yanmışdı. Sonra bank bu işi ört basdır etmək üçün həmin şəxsin avtomobilini güzəştlə özünə qaytarmışdı. İndi məndə özümü yandırım? Lazımdırsa yandıraram!
Orada qərara gəldik ki, banka sivil yolla etraz etmək üçün və ölkə rəhbərliyinin diqqətini cəlb etmək üçün etraz mitinqi təşkil edək və mətbuat vasitəsiylə digər zərərçəkənləri məlumatlandırmaqla mitinqdə iştirak etməyə çağırış edək. Həmin mitinqdə bizim tələbimiz bankın rəhbərliyinin qanunla cəzalandırılması və hüquqları pozulmuş müştərilərin hüquqlarının bərpa olunması. Bu bankda həddən aşırı yüksək faizlər və yüksək cərimələr etməklə müştərini şok vəziyyətinə salmaqla əmlakını əlindən almaq. Müştərini məhkəmə vasitəsiylə elə bir qərar qətnamə çıxarırlar ki, müştərinin bunu ödəməyə praktik olaraq imkanı olmasın və maşını banka buraxıb getsin.
Qeyd edək ki, şikayət ərizəsində iddia edilir ki, oktyabrın 12-də kreditlərlə bağlı narazılıqları olanlar 6 saylı filalın qarşısına toplaşacaqlar. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməy hazırıq.
Gundeminfo.az