Azərbaycanda Ermənistan istehsalı olan konfet satılır? - FOTO

Sosial

Azərbaycanda Ermənistanda istehsalı olunan konfet satıldığı iddia edilir

Adının açıqlanmasını istəməyən oxuculardan birinin "Marja”ya verdiyi məlumata görə, Ermənistanın "Qrand Kendi” şirkətinin istehsalı olan "Joyco” konfeti Maştağa qəsəbəsi ərazisindəki marketlərdən birindən alınıb.

Konfetin qəsəbə ərazisində fəaliyyət göstərən "Panda” marketdən alındığı iddiası ilə əlaqədar olaraq "Marja”nın əməkdaşı həmin marketdə olub.

Maştağada yerləşən "Panda” marketdən "Joyco” konfetinin qurtardığını, lakin marketin Zabratda yerləşən filialında bu konfetdən satıldığını bildiriblər. Əməkdaşımız Zabratdakı "Panda” marketdə isə, eyni konfetin Rusiya istehsalı olan versiyasının satıldığı ilə rastlaşıb.