Yüksək Texnologiyalar Parkına yeni direktor təyin olundu

Sosial

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) direktoru vəzifəsinə təyinat olub.

AMEA prezidentinin müvafiq sərəncamı ilə YTP-nın direktoru vəzifəsinə Nazim Şükürov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl YTP-nin direktoru Vüqar Babayev olub. V.Babayev bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru təyin olunub.