Rayonlara leysan yağacaq
- 17-09-2018, 13:17
- 1 201
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 765 mm civə, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında
Sentyabrın 18-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.