“Azərsu”nun smart kartları Xaçmaz küçələrində uçuşur – Fotolar
- 13-09-2018, 17:49
- 2 018
AzEuroNews.com-un verdiyi məlumata görə, bunu kimin etdiyi bilinmir. Lakin küçəyə atılan su kartlarının fotoları sosial şəbəkədə yayılıb.
Kəndin ortasına abonentlərin smart kartlarının tökülməsinin səbəbi aydın deyil. Müəmmalı şəkildə yerə səpələnən kartların kimlərdən yığıldığı və yaxud oğurlandığı bilinmir.
Xaçmaz Su-Kanal idarəsi rəisi Teyyub Sultanovun məsələyə nə şərh verəcəyi maraqla gözlənilir. Bəzi iddialar səslənir ki, bu hərəkət onun tərəfindən edilib.
T.Sultanovun üzərində abonentlərin smart kartlarını gəzdirdiyini söyləyənlər var. Onun açıqlamasını gözləyirik…