Prezident İnam Kərimovu Turizm Şurasının tərkibindən çıxartdı

Sosial

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçmiş sədri İnam Kərimov Turizm Şurasının tərkibindən çıxarılıb.