Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı

Sosial

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib.

Open.az-ın əldə etdiyi məlumata görə, E. Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, E. Əliyeva 2012-ci ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışırdı.