İqtisad Universitetinə yeni mətbuat katibi təyin olundu

Sosial

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni sözçü təyin olunub.
UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi jurnalist Cavid Xəlilova tapşırılıb.

Xatırladaq ki, C.Xəlilov bundan əvvəl Səhiyyə Nazirliyində mətbuat xidmətinin əməkdaşı, "Exo" qəzetinin müxbiri olub.

Qeyd edək ki, indiyədək UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinə Vüsalə Məmmədova rəhbərlik edib.