Rektorun bankında dələduzluq qalmaqalı - Cinayət işi açıldı

Sosial

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 17-də davam etdiriləcək.

İttihama görə, A. Əhmədov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.

Vurulan ziyandan 23 784 manat pul ödənilib./FED/