Saleh Məmmədov asfalt satır... - İTTİHAM
- 10-09-2018, 13:47
- 1 747
Mənbə bildirir ki, "əsas fəaliyyət" dedikdə anlaşılanı isə asfalt biznesidir. Mənbənin söylədikləri:
"Hazırda sözügedən qurum ayrı-ayrı məmurlara, oliqarxlara asfalt satmaqla məşğuldur. Vətəndaşlar müraciət edəndə isə "ərazini hələ plana salınmayıb" deyərək rədd cavabı verən Saleh Məmmədov təbii ki, müvafiq məbləğin qarşılığında istənilən ərazini asanlıqla "plana salmağı" bacarır".
Mənbə onu da bildirib ki, Saleh Məmmədovun adından bütün bu qara işləri onun əsas pul kisəsi kimi tanınan 1-ci müavini Əvəz Qocayev həyata keçirir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ