Azərbaycanda narkomanların sayı açıqlandı: uşaqlar da var
- 5-09-2018, 11:52
- 1 245
Səhiyyə Nazirliyindən verilən məlumata görə, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.
Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.