AAK-IN KEÇMİŞ SƏDRİNİN DAHA BİR ƏMƏLİNDƏN YENİ SƏDRƏ YAZDILAR
- 5-09-2018, 09:28
- 1 976
Hörmətli "Təzadlar" qəzetinin redaksiyası!
Siz Ali Attestasiya Komissiyasında tüğyan edən qanunsuzluqlar, korrupsiya “iyi” verən sövdələşmələr və s. haqqında tez-tez yazılar dərc edirsiniz. Əsas fiqur da sədr əvəzi Vəli Hüseynovdur. Doğrudan da bu adam AAK-ı əsil bazara döndərib. Məsələn, yeni faktlardan biri barədə.
Dövlət İdarəçilik Akademiyasında Elşad Mirbəşiroğlu adlı müəllim var. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bu şəxs neçə illərdir ki, doktorluq dissertasiyasını müdafiə edə bilmirdi. Çünki bizim ali məktəbdə doktorluq işlərinə qarşı tələbkarlıq çox yüksəkdir və Elşad Mirbəşiroğlunun da işi zəif və mövzuca aktual olmadığı üçün müzakirəyə buraxılmırdı. Nəhayət, hansı yollarlasa tapşırtdırıldıqdan sonra onun elmi işinin müzakirəsi keçirildi.
Sonrakı mərhələlər, yəni seminar və müdafiə də məntiqlə və bir qayda olaraq DİA-da baş tutmalı idi. Lakin buradakı yüksək tələbkarlıqdan çəkinən Elşad M. çıxış yolunu, görünür, AAK sədr əvəzini “görməkdə” tapdı. AAK-ın sədr əvəzi Vəli Hüseynov Elşad Mirbəşiroğlunun işini müdafiə üçün DİA-ya deyil, Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna göndərib. Bu isə mövcud qaydalara və prosedurlara ziddir.
Belə ki, AAK tərəfindən 2017-2018-ci illər üçün yaradılmış Dissertasiya Şuraları təsnifatında Elşad Mirbəşiroğlunun ixtisas şifrəsi 5912.01 - “Konfliktologiya”dır. Həmin indeks üzrə 2017-2018-ci illər üçün nə DİA-da, nə də ki, Fəlsəfə İnstitunda dissertasiya şurası mövcud deyildir.
Vəli Hüseynov yalnız özünə məlum olan və yəqin ki, sərf edən səbəblər üzündən qanunvericiliyi kobud şəkildə pozaraq E.Mirbəşiroğlunu Fəlsəfə İnstitutunda tamamilə fərqli – 5908.01 “Siyasi nəzəriyyə” ixtisas şifrəsi ilə müdafiəyə buraxmaq haqqında məktub vermiş və institut da həmin qanunsuz qərara əməl edərək əməkdaşların çoxunun məzuniyyətdə olduğu iyul ayında direktor İlham Məmmədzadənin xüsusi əmri ilə toplaşaraq seminar keçirmişdir.
Görəsən, Vəli Hüseynov işi AAK-a düşən hamıyamı münasibətdə bu cür səxavətli və rəhmlidir?! Yəqin ki, yalnız “sərf” edənlərə qarşı!
***
Elmə “pəncərə” və “bacadan” dürtülmək istəyənlərin yoluna “asfalt döşəməklə” V.Hüseynov Azərbaycan elminə xəyanət edir.
Hörmətli "Təzadlar"!
Xahiş edirik redaksiya bu məsələ ilə bağlı AAK-ın sədr əvəzi, prof. Vəli Hüseynovun da mövqeyini öyrənsin. Yəqin ki, saytınızda dərc edilən bu qəbildən yazılarla tanış olduqdan sonra Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsi də bu korrupsiya faktının qiymətini verəcəkdir. Xüsusən də yeni sədr Famil Mustafayevə müraciət edin, bu məsələni ciddi araşdırsın.
P.S. Faktların səhihliyini a) Dissertasiya işinin yerinə yetirildiyi AR Prezidenti yanında Dövlət İdrəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasında, b) AMEA Fəlsəfə İnstitutunda, c) AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASI ТƏRƏFİNDƏN YARADILМIŞ DİSSERTASİYA ŞURALARI (2017-2018-ci illər) haqqında sənəd əsasında (http://aak.gov.az/dis_shur/ds_2017_2018.pdf) asanlıqla yoxlaya bilərsiniz:
Sənəddə birmənalı şəkildə göstərilmişdir ki, 2017-2018-ci illər üçün, ümumiyyətlə, konfliktologiya üzrə müdafiə şurası yaradılmayıb:
-AMEA Fəlsəfə İnstitutu D.01.115 5908.01 – Siyasi nəzəriyyə (siyasi)
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası FD.02.101 5901.01 – Beynəlxalq münasibətlər (siyasi) 5902.17 – Davamlı inkişafın idarə edilməsi (siyasi) 5904.01 – Siyasi institutlar və sistemlər (siyasi) 5909.01 – Dövlət idarəçiliyi (siyasi).
Eləcə də AAK-ın qüvvədə olan digər bir sənədindən də göründüyü kimi, konfliktologiyanın ixtisas şifrəsi ilə siyasi nəzəriyyənin şifrəsi fərqlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 2012-ci il 13 aprel tarixli (protokol №06-R) qərarı ilə təsdiq edilmiş və rəyasət heyətinin 2015-ci il 30 oktyabr tarixli (protokol № 13-R) qərarı ilə əlavələr edilmişdir. AZƏRBAYCAN RESPUBLİKASINDA ELMİ VƏ ELMİ-PEDAQOJİ İŞÇİLƏRƏ ELMİ DƏRƏCƏLƏRİN VERİLMƏSİ ÜZRƏ İXTİSASLARIN
N O M E N K L A T U R A S I
59 SİYASİ ELMLƏR
http://aak.gov.az/ixt_nomen/ixt_nomen.pdf
5901.01 Beynəlxalq münasibətlər siyasi elmlər, tarix
5902.17 Davamlı inkişafın idarə edilməsi siyasi elmlər
5904.01 Siyasi institutlar və sistemlər siyasi elmlər
5908.01 Siyasi nəzəriyyə siyasi elmlər
5909.01 Dövlət idarəçiliyi siyasi elmlər
5910.01 İctimai fikir siyasi elmlər, fəlsəfə
5912.01 Konfliktologiya siyasi elmlər, fəlsəfə
Qeyd: Hörmətli "Təzadlar"! Siz ötən gecə saytınızda xoş xəbər yaydınız. Siz sonadək Vəli Hüseynovun qanunsuz əməllərinə qarşı oldunuz, qalib gəldiniz.
Elə isə bəhs etdiyimiz fakt yeni sədrin nəzərinə çatdırılsın! Bis Sizə onlarla belə faktları təqdim edəcəyik...
Hörmətlə,
R.Rəcəbov
Redaksiyadan: əməkdaşlarımız araşdırmaya başladı və Elşad Mirbəşiroğlunun da mövqeyini dərc etməyə hazırdır...