Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə - Şirkət ötənilki tərəfdaşlarından imtina edib
- 4-09-2018, 10:42
- 1 830
Heç kim. Çünki Paşa Sığortada da bilmirlər və etiraf edirlər ki, problem var. Hər halda bu bir gün minlərlə vətəndaşın aldadıla biləcəyinə işarədir. Niyə sığorta şirkətləri ictimayyəyatə detallı və konkret məlumat vermirlər ki, vətəndaşlar aldanmasınlar...
Narazı və narahat vətəndaşımızın Paşa Sığorta ilə dialoqunu və “screen shoot”unu təqdim edirik.
- Hörmətli Müştəri, bizə müraciət etdiyiniz üçün təşəkkür edirik. Sizə necə yardım edə bilərik?
- Salam, Hörmətli Müştəri! Sizə necə kömək edə bilərik?
- Salam sizin şirkətdən mənə 10 gün öncə zəng oldu dedilər keçən il əməkdaşlıq
etdiyimiz sığorta agentlikləri ilə daha işləmirik - mən icbari sığorta almaq istəyirəm sizin adınızdan zəng edənləri necə tanıyım
- Hörmətli Müştəri, suallarınızın ətraflı cavablandırılması üçün Sizi müvafiq əməkdaşa yönəldirik. Sizin yazışma uğurla yönləndirilmişdir. Yazışma üzrə yeni bələdçiniz - Murad
- Salam, Hörmətli Müştəri! Zəhmət olmasa, avtomobilin Dövlət Qeydiyyat Nişanını (nömrəsini) qeyd edərdiniz.
- Mənim avtomobilimin nömrəsi sizin nəyinizə lazımdır? Suala cavab verin bilim ki siz kiminlə ötən ildən əməkdaşlığı davam etdirirsiniz kiminlə ləğv etmisiniz? Mənim icbari sığortamın vaxtına hələ 20 gün var - artıq 4 zəng gəlib heç biri də birbaşa sizin şirkətdən deyil
- Əgər zəng bizim şirkətdən tərəfindən gəlibsə, sığortanız qeydiyyata alınmış olmalıdır - və bu səbəbdən bizə avtomobilin nömrəsi lazımdır. Çünki bizim adımızdan istifadə edən şirkətlər çoxdur. Və müqavilənizi birabaşa olaraq Baş Ofis tərəfindən qeydiyyata ala bilərik.
- Davud MMC-dən sonuncu müraciət olub. İddia edirlər ki, Paşa Sığorta ilə tərəfdaşlıq müqavilələri qüvvədədir. Necə ola bilər ki, onlar sizin adınızdan istifadə edirlər. Sonunda mənə dövlət tərəfindən təsdiqlənən və Paşa Sığortanın olan icbari sığorta müqaviləsi təqdim ediləcək. Bu necə qanunsuz ola bilər? Siz konkretləşdirə bilərsiniz kimdir sığorta tərəfdaşlarınız və bizə bilgi verə bilərsiniz?
- Bu növ məlumatın verilməsi nəzərdə tutulmamışdır.
- O zaman niyə müştərilərinizə "bizim adımızdan istifadə edə bilərlər diqqətli olun" xəbərdarlığına dair zəng edirsiniz? Axı bu sizin bazarda etibarınıza ciddi ziyan vuru?
- Əgər Siz bu mənbədən əminsinizsə müqaviləni bağlaya bilərsiniz, Sizdə azad seçim var. Bir şirkət eyni vaxtda bir neçə aentlik, nümayəndəlik ilə müqavilə üzrə çalışa bilər.
- Necə əmin ola bilərəm - siz xəbərdarlıq etmisiniz - indi mən hardan bilim ki mənbə sizinlə həqiqətən əməkdaşlıq edir yoxsa yox?
- Müqavilə müddəti istənilən vaxt dayandırıla bilər, bu səbəbdən Siz müqaviləni Baş Ofis tərəfindən sifariş edə bilərsiniz.
- O zaman siz mənə cavab verin Davud MMC ilə müqavilə bağlaya bilərəm?
- Bəli, bizimlə əməkdaşlıq edirlər.
- Amma bu problem ciddidir - ictimayyətə açıqlanmasına ehtiyac var. Tutaq ki, biz bunu fərdi olaraq axtarıb tapdıq. Bunu axtara bilməyən minlərlə vətəndaş var. Onlar nə etsinlər? Hər an aldadıla bilərlər və tutaq ki, 3 aydan sonra sığorta hadisəsi baş verdikdə vətəndaşlar nə etsinlər? Onların sığorta müqaviləsdi saxta çıxarsa o zaman müqavilə dayandırılsa sığortaçıya dəyən ziyanı kim ödəyəcək? Ortada şirkətinizin menecmentinin idarə edilməsi və müştərilər arasında güvənin ciddi sarsılması tendensiyası var.
- Bu səbəbdən Siz müraciətiniz birbaşa Baş Ofisə yönləndirin, bizim əmkdaşlarımız Sizə yardımçı olacaq.
- Axı mənim kimi minlərlə vətəndaş var. Onların hamısı baş verənlərdən xəbərdar deyillər. Söhbət problemdən gedir - fərdi olaraq məndən getmir!
- Çox təəssüf ki, bu şirkətimizdən asılı bir məqam deyil.
- Biz bununla mübarizə aparmağa çalışırıq.
- Başqa sualınız varmı?
- Daha heç bir sualım yoxdu - çünki sualıma sizin yaratdığınız qeyri-müəyyənlikdən çıxış yolu olaraq heç bir cavab ala bilmədim. Cavablandırmağa çalışdığınız üçün təşəkkürlər!
CAVAB YOXDUR
Gundeminfo.az