Əfv Məsələləri Komissiyasının növbəti iclası olub

Sosial

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda komissiyaya daxil olan daha daha 130 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 487-yə çatıb.

İclaslar qarşıdakı günlərdə də keçiriləcək.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.