Bakının mərkəzində dəmir yolu xətti sökülür
- 3-09-2018, 11:13
- 1 878
Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Bildirilib ki, Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində prospektdə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.