Nizami rayonunda yenidən yaşıllığa qarşı soyqırım törədilməkdədir - FOTOFAKT
- 31-08-2018, 14:29
- 1 424
Sakinlərin müraciətini olduğu kimi sizlərə təqdim edirik:
"Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, yaşıllığın qorunması məqsədilə Cənab Prezidentimiz İlham Əliyevin sərt xəbərdarlığına baxmayaraq Bakının Nizami rayonu, Bəhruz Nuriyev 42 küçəsində (Siqayut Plaza şadlıq saraynın arxasında, 42 nömrəli binanın ərazisi) ağacların qətliamı yaşanır. Yaşıllıqların yerində isə obyektlərin tikilməsi üçün beton tökülür. Həmin ərazinin digər qonşu hissəsində isə ağacların kokünə beton tökülərək kafe ərazisi kimi istifadə olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə (168) bu barədə ilkin məlumat təqdim olunmuşdur. Problemin daha operativ həll olunması məqsədilə (ağacların tam olaraq kəsilməsinin qarşısının alınması) biz Bəhruz Nuriyev 42, 46 və 50 nömrəli binanın sakinləri Sizə bu müraciətimizi ünvanlayırıq. Bu məsələnin araşdırılması və qarşısının alınması üçün dəstək göstərməyinizi Sizdən xahiş edirik. Şəkil əlavədə verilmişdir.
Tərəfimizdən Prezident administrasiyasına da şikayətlər olunacaqdır." //Bakunews.az//