Gömrük şefi Astaraya getdi, amma bu problemlərə heç toxunmadı da... - FAKT
- 31-08-2018, 13:32
- 1 587
Səfər Mehdiyevin Astara gömrüyünə səfəri və vətəndaşların artan zülmü –
Deməli sahibkarlar, vətəndaşlar bu keçid məntəqəsində bundan sonra hansısa islahatlar aparılacağına ümid etməli idilər. Amma elə bu gün sosial şəbəkələrdə Səfər Mehdiyevin səfər etdiyi Astara gömrüyündə insanların, sahibkarların necə aldadıldığına dair faktlar geniş müzakirə edilib. Gundeminfo.az xəbər verir ki, Astara gömrüyündə insanlara təklif edilən əlaqə vasitələri, vətəndaşların müraciətləri ilə bağlı rəsmi telefon əlaqələrinin heç biri işləmir. Vətəndaşlar burada gömrük işçiləri ilə heç bir əlaqə qura bilmədiklərini iddia ediblər. Narazılıqlar arasında ümumiyyətlə Dövlət Gömrük Komitəsinin rəsmi saytındakı Astara Gömrük Keçid Məntəqəsinin əlaqə üzrə telefonlarının təyin edilmədiyi, işləmədiyi söylənilir.
Əməkdaşlarımız da apardıqları araşdırma zamanı DGK-nin rəsmi internet saytında yerləşdirilən Astara Gömrük Keçid Məntəqəsinin qəbul şöbəsinə və rəisinə telefon açmaq istəsələr də, nömrələrin işləmədiyinin şahidi olublar.
Görünür Səfər Mehdiyevin Astaraya səfərindən sonra ümumiyyətlə qərar veriblər ki, vətəndaş və sahibkarlarla bütün təmasları qapamaq lazımdır. Hər halda görünən fakt budur. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. RƏSMİ ƏLAQƏLƏR ÜÇÜN TELEFONLAR VƏ QƏBUL BU LİNKDƏ