Kəmaləddin Heydərovun qəbulunda şəhid anasına hörmətsizlik- FOTO
- 30-08-2018, 11:43
- 2 389
Bu barədə şəhidlərin həyatı və ailələri ilə bağlı daim yazılar yazan jurnalist Aida Eyvazlı məlumat verib. Onun sözlərinə görə, adıçəkilən şəhid anası qəbulda iştirak etmək istəyib, lakin onu saatlarla gözlətdikdən sonra qəbulun bitdiyini bildiriblər: "Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edirmiş. Şəhid anası da gedib qəbula, çox gözləyib-az gözləyib, çox yalvarıb mühafizəçilərə ki, məni də onun qəbuluna buraxın. "Gözlə" deyib gözlədiblər ananı. Günorta saat 1-də isə məlum olub ki, nazir çıxıb gedib. Ana mənə zəng vurub ağladı ki, mən kimin yanına gedim, cavab verə bilmədim. Bu qədər sadə və mürəkkəb bir məsələ".
Mövzunu davam etdirəcəyik.
AFN.Az