Tovuz Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini işdən çıxarılıb

Sosial

Tovuz Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İsmayılov Ədalət vəzifəsindən azad edilib.

Bununla bağlı icra hakimiyyətinin başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Hələlik həmin vəzifəyə təyinat olmayıb.