Qazla bağlı növbəti problem - “1 manat havada qaldı”
- 2-03-2017, 11:16
- 2 229
Bu məsələni jurnalist İlkin Muradov sosial şəbəkədə ictimailəşdirib.
O, bunun fırıldaq olduğunu iddia edir: “Sayğacda da 70 qəpik qalmışdı. Bəs 1 manat hara getdi? Həftədə 1-2 dəfə qaz əvəzinə hava verən SOCAR, indi də hərədən 1-2 manat mənimsəmək variantına keçib”.
“Qafqazinfo” məsələ ilə əlaqədar “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edib. O, qeyd edib ki, sözügedən məsələləri aydınlaşdırmaq üçün abonent qəbzlə birlikdə ASAN Xidmət mərkəzlərindən birinə müraciət etməlidir: “Orada abonentə qarşılaşdığı problem izah ediləcək”.