“Azercell”də gün- gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət
- 16-08-2018, 14:46
- 1 634
Bəli, ilk baxışda sadə görünə bilər, heç kəs ayda 10 qəpik üçün narazılıq etməyə qalxmır, lLakin həmin 10 qəpiyi Azercell istifadəçilərin ümumi sayına vuranda rəqəm nə boyda şişdiyini təsəvvür edəndə mənzərə aydınlaşır.
Ən əsası isə odur ki, bu tip “xidmətlər” get-gedə təkmilləşir, ölkənim ən brend mobil operatoru istifadəçilərinə daha gözəl həyat bəxş etməyə çalışmaq əvəzinə onları daha məharətlə aldatmaq yolunu tutub. Hətta yalnışlıqla əli telefona dəyən adam belə pul itirir. Çünki hətta 50 saniyəyə görə də azercell abunəçisinin balansından 9 qəpik, yəni bir dəqiqənin pulu çıxılır. Hələ onu demirik ki, . “Azercell”in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyyənləşib.
Ən sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla biz bu soyğunçuluqla qəpik-quruş üstündə qurulmuş səltənəti daha aydın görə bilərik.
Başqa bir fakt: Bu mobil operator şirkəti özünün bazardakı hökmran mövqeyindən sui-istifadə edərək, mobil internet xidməti adı altında yüksək tariflər tətbiq edərək abonentlərini soymaqla məşğuldurlar. Dünyanın əksər ölkələrində internet xidmətlərinin tarifləri sürətlə ucuzlaşdığı halda, Azərcell bazardakı oliqopol mövqeyindən yararlanaraq mobil internet tariflərini yüksək saxlayaraq abonentlərinə artıq xərc yazmaqla məşğuldurlar.
Hələlik bu mobil operatorla bağlı neqativ halların cüzi hissəsi haqda yazdıq. Redaksiyamıza daxil olan şikayətlərin çoxluğunu və şikayətlərin rəngarəngliyini nəzərə alaraq mövzunu davam etdirəcəyik.
Bu problemin təkcə sözügedən şikayətçilərə deyil, Azərcellin çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq onu ictimailəşdirməyi məqsədə müvafiq hesab edirik. Növbəti addım bununla bağlı geniş müzakirənin təşkili ola bilər.
Savash.org