Gömrük özbaşınalıqları TÜĞYAN EDİR... - GİLEY
- 11-08-2018, 11:37
- 1 554
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
Surəti: Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə
Masallı şəhəri R.Abbasov küçəsi, ev 42
yaşayan Abıyev Cəlal Hamlet oğlu tərəfindən
Ərizə
Hörmətli Prezident!
Diqqətinizə çatırmaq istəyirəm ki, mən Masallı rayon sakini hal hazırda Bakıda yaşayan Abıyev Cəlal Hamlet oğlu qonşu dövlət olan Gürcüstan Respublikasından 11.06.2018-ci il tarixində Azərbaycan Respublikasına 2012-ci il buraxılış olan “Hundai Sonata” markalı 2.0 mator gücündə avtonəqliyyat vasitəsini 4800 dollar vəsait xərcləyərək gətirmişəm. Hər bir vətəndaşın qanuni hüquqlarından istifadə haqqı olduğu kimi məndə hüquqlarımdan istifadə edərək Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin inzibati binasında quraşdırılan Dövlət gömrük xidmətləri olan aparat vasitəsi ilə qeydiyyata alınması üçün ödəyəcəyim məbləği hesabladıqdan sonra, idarə rəhbərinin qəbulunda oldum.
Cənab Prezident!
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə görüşüb nəqliyyat vasitəmi qeydiyyata salmaq istədiyimi və DGK tərəfindən quraşdırılan aparatlarda məhz ödəməli olduğum məbləğin 6867 manat 91 qəpik təşkil etdiyini qeyd etdim. DGK ABGİ-nin rəisi H.Həsənli isə cavabında mənim yalan danışdığımı iddia edərək mənim avtomobili 4800 USD qiymətinə deyil, 2012 il buraxılışı olan “Hundai Sonata” DGK rəsmilərinin verdiyi Gürcüstan bazar qiyməti 8000 USD olaraq göstərilməkdədir. Və buna görə, yenidən hesablama aparan H.Həsənli mənim 6867.91 manat deyil 7900 azn vəsait ödəməli olduğumu və bu məbləği ödəməyəcəyim təqdirdə avtonəqliyyatımın qeydiyyata götürülməyəcəyi vurğulandı. Məcburiyyət qarşısında qalaraq 7900 azn ödəyərək avtomobilimi qeydiyyata qoydum. Amma məcburiyyətlərdən gömrük idarələrində süründürməçiliklə üz-üzə qalmaqdayıq. Cənab İlham Əliyev sizdən artıq dərəcədə xahiş edirəm ki, DGK Avtonəqliyyat Baş Gömrük İdarəsində şəxsimə qarşı hüquqlarımın kobud şəkildə pozularaq məcburiyyətdən ödədiyim 1033 azn məbləğin mənə geri qaytarılması üçün lazımi qurumlara göstəriş verəsiniz.
Cənab Prezident!
Dəfələrlə çıxışlarınızdada qeyd etmisiz ki, məmurlar tərəfindən qanunsuz olaraq hüquqları pozulan şəxslər hər bir vasitə ilə mənə bu barədə xəbər çatdırmağa cəhd etsinlər. Məndə Azərbaycan Respublikasının vətəndaşı və qanunun aliliyini qoruyan Ali Baş komandanımızın çıxışına etimad göstərərk sizi narahat etməkdəyəm. Bir vətəndaş olaraq ölkədə baş verən qanunsuzluğun sizin diqqətinizə çatması üçün gecə gündüz buna nə qədər vaxt gərəklidirsə sərf edərək Gömrük idarələrində baş verən özbaşınalıqla bağlı məlumatları sizlərin diqqətinə çatdıracağam.
İmza: Abıyev Cəlal Hamlet oğlu
Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində münasibətlərini dərc edə bilər.
BakuNews.az