Paytaxtın bu ərazilərində su olmayacaq

Sosial

Bu gün paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu"dan daxil olan məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işləri aparılır. Bu səbəbdən gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.