Neft Qaz tikinti trestinə qarşı ittiham var... - Boruları rəngləyib yeni kimi təqdim edirlər
- 5-08-2018, 10:42
- 1 607
Cebhe.info-nun xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı təşkilata göndərilən şikayət əsasında bildirib:
“Borular Neft Daşlarının 5 saylı mədənindən, 2 saylı mədəninə daşınır. Orada 1617 deyilən köhnə qazma quyusu olan ərazinin yaxınlığından yeni estakada yolu çəkilir .Borular estakadanın yan hissəsindən keçən yeni qaz xətlərinin çəkilməsi üçün daşınır. Borular baş - başa qaynaq olunub rəngləndikdən sonra onun təzə və ya köhnəliyini heç kəs ayırd edə bilməz. Kəsilərək yarımçıq qalmış qaz xəttinə və boruların içinə diqqətlə nəzər yetirsəniz bunun bir daha şahidi olarsınız”.
Mirvari Qəhrəmanlı SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılova müraciət edərək, faktların yoxlanılmasını istəyir.