Yabanı halda bitmişçətənə kolları məhv edildi
- 2-08-2018, 14:01
- 1 271
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Niyazabad kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 100-200 sm olan 47 ədəd çətənə kolu narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Narkotik tərkibli çətənə bitkiləri Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.