«Ədalət Muradov cəzalanmasa, ADİU-da özünü asan müəllimlər də olacaq»
- 2-08-2018, 11:25
- 1 797
***
…Daha böyük qalmaqal isə rektor Ədalət Muradovun professor diplomu ilə bağlıdır. Məlum olduğu kimi, «Təzadlar»ın rəsmi sorğusunu cavablandırmayan rektor ona həmin diplomu vermiş AAK-ın sədr əvəzi Vəli Hüseynovun indi məhkəmələrə çəkilməsinə bais olub. Məhkəmə çəkişməsi isə davam edir, AAK rəhbərliyi «Təzadlar»ın rəsmi-yazılı sorğusunu cavablandırmalıdır.
Nəhayət, bildiyiniz kimi, rektorun qanunsuz yolla əldə etdiyi professor diplomu ilə bağlı toplanmış sənəd və sübutlar Baş Prokurorluğa göndərilib, araşdırma aparılır.
***
Bütün bunları deməkdə məqsədimiz var: dünən ADİU-da çalışan professorlardan biri redaksiyamıza gəldi. Centlmen sazişi bağladıq ki, onun razılığı olmadan (qanın da belə tələb edir) adını açıqlamayacağıq. O, qəzetimizə geniş müsahibə verdi. Həmçinin müsahibəsində söyləyəcəklərinin təsdiqi kimi, yazılı mətni də bizə verdi. Həmin müsahibədə ADİU-da baş verən biabırçılıqlar detallarınadək təqdim olunur. Hazırda həmin müsahibə çapa hazırlanır. Bizi izləyin…
Professorun kimliyi barədə bircə onu deyə bilərik ki, o, rektorun ən yaxın adamlarından biridir. Sadəcə… Deyir: «Artıq vicdanım qarşısında susa bilmədim, borcumdan çıxdım. Məqsədim heç də Ədalət Muradovu ifşa etmək deyil, onu dayandırmaq, ayıltmaq, universiteti apardığı uçurumun heç olmasa kandarından geri qaytarmaqdır, onun özünü xilas etməkdir, ən azı, ziyanın yarısından da olsa, geri qaytarmaqdır…».
(Davamı var)
«Təzadlar»