Şamaxıya yeni prokuror təyin edildi

Sosial

Şamaxı rayonuna yeni prokuror təyin edilib

Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun idarə rəisinin müavini Müşfiq Səfərov tutduğu vəzifəsindən azad edilərək Şamaxı rayon prokuroru təyin olunub.

Şamaxı rayon prokuroru olmuş Zakir Müslümov isə bir müddət öncə təqaüdə göndərilib.