DİQQƏT! “Bizim market” mağazalarındakı duru yağların vaxtı keçib – FOTOFAKT
- 27-07-2018, 15:27
- 1 811
Məlumat üçün qeyd edək ki, "Bizim market”mağazalarında bundan öncə də xöşagəlməz, cinayət tərkibli hadisələrə tez-tez rast gəlinib. Belə ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1C ünvanında Svetlana Salmanovaya məxsus "Bizim market”, həmçinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 19 ünvanında İlqar Mirzəyevə məxsus "Bizim market” mağazalarında aparılan yoxlama zamanı istehsalçı tərəfindən qablaşdırılaraq üzərində xalis çəkisi göstərilmiş malların ticarət obyektlərində real çəkisindən 5-10% artıq göstərildiyi və satışın bu çəkiyə uyğun olaraq aparıldığı müəyyən edilmişdir.
Məlumatı dəqiqləşdirmək üçün "Bizim market” mağazalar şəbəkəsinin rəsmi veb səhifəsində yeganə qeyd olunan *7778 nömrəsi ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də nömrənin aktiv olmama səbəbindən münasibət öyrənmək mümkün olmamışdır.
Vaxtı keçmiş duru yağın fotolarını təqdim edirik:
Mövzunu diqqətdə saxlayacağıq.
7NEWS.az