Binəqədi sakinləri gizli “missiyanın” qurbanına çevrilib – Gecə saatlarında…
- 25-07-2018, 15:10
- 1 760
Bu barədə Binəqədi sakinləri minval.info-ya məlumat verib və qeyd ediblər ki, hər gecə sakinlərin rahatlığı pozulur.
“Həmin zavodun təyinatı belə dəyişib. Bu isə qanunsuzdur. Ərazidə 13 məcburi köçkün ailəsi yaşayır. Onlara ev verib oradan çıxarmaq əvəzinə, zəhərli tüstü “hədiyyə” edirlər. Maşın mexanizmləri səsi insanları dəng edib” – sakinlər bildirir.
Görünür, zavodun yeni sahibi sözügedən ünvanda yaşayan insaların dili-ağzı olduğunu unudub. Yaxud da onların bu səs-küyə və narahatlığa qatlanacağını düşünüb.
Ümidvarıq, tez bir zamanda sakinlərin probleminin həlli üçün müvafiq addımlar atılacaq.