Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? – VİDEO/FOTO
- 16-07-2018, 10:22
- 2 519
(Fotoda kənarda durub izləyən şəxsi hər kəs rəis olaraq çağırmaqdadır. Bu rəis kimdir və hansı müəssisənin rəisidir ki ekologiyanın məhv edilməsində bir başa iştirak etməkdədir.)
Şəkildə təqdim etdiyimiz ərazi – Xətai rayonu Cavanşir küçəsi 27 və 27A nömrəli binaların arxasıdır. Bu ərazi məhz bina sakinlərinin illərlə yetişdirdiyi və bir neçə gün öncəyə qədər tam yaşıllıqla örtülü idi. Lakin Xətai rayon icra Hakimiyyətinin və rayon polis şöbəsinin himayədarlığı ilə artıq həmin ərazi məhv edilib və yerində 4 otaqlı maşın təmiri sexi inşa edilir. Rəis adlı işbaza məxsus bu tikili görəsən nə vaxtdan dövlət əhəmiyyətli obyekt hesab olundu ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları Xətai rayon İcra Hakimiyyətinin bu qanunsuz işinə yardımçı oldular? Xatırldaq ki, bu ərazidə ETSN öz vəzifəsini yalnız Rəisə “ağacları vaxtından geç köçürdükləri” üçün 200 manat cərimə yazmaqla başa vurub.Əvvəla Rəis kimdir ki, dövlət qurumunun icazəsi olmadan ağac köçürsün? Digər tərəfdən ETSN nədən Rəisə ağac köçürməyə icazə verib? Bəyəm Rəisin tikdiyi obyektin strateji məqsədlərimi var?
Axı biz redaksiya olaraq ağacın əvvəlki və sonrakı – kəsilərək doğran şəkillərini dəfələrlə dərc edib. Hətta obyekt sahibi bu mənzərəyə laqeyidliklə durub tamaşa edən fotolar da tərəfimizdən dərc edilib. Bəs elə isə nədən nazirlik “200 manat”la kifayətləndi? Nədən həmin ərazinin əvvəlki vəziyyətini əks etdirən videogörüntüləri nazirlik əməkdaşları görmək istəmədilər? Hörmətli Muxtar Babayev sualımıza cavab verə bilərmi ki, rəhbərlik etdiyi qurumun əməkdaşları ağac köçürmə fəslinə qədər səbr edə bilməzdilərmi?
Dəyərli oxucuların diqqətinə çatdırırq ki, həmin videonu bu yazımızda da ETSN-nin səlahiyyətlilərinə təqdim edirik. Əgər bu dəfə də “görməyəcəklərsə” deməli nazir Muxtar Babyevin ətrafında qorxunc bir set formalaşıb. Həmin şəxslər Hüseynqulu Bağırovun zamanında təyin olunmuşdular və işlərini doğru-dürüst icra etməyə ən azında çalışrdılar. Bəs görəsən nədən Muxtar Babayevdən faktlar gizlədilir? Nədir bu şəxslərlə işbazlar arasındakı “məhəbbətin səbəbi”? Bəyəm son müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev insanların istirahət etməsi, gəzməsi üçün müvafiq olan ərazilərin toxunulmaz olduğunu, həmin ərazilərdə hər hansı tikinti aparılmasının qadağan edildiyin demədimi? Elə isə ETSN nədən ölkə başçısının göstərişinə əməl etmir? Nədən Xətai rayon İcra Hakimyyətinin başçısı Razim Məmmədovun hikkəsi Prezidentin göstərişindən ETSN-də üstün tutulur? Və ya Xətai rayonu Cavanşir küçəsi 27 və 27A saylı binaların araxasında, sakinlərin illərlə əziyyət çəkib böyütdüyü ağacları kəsərək özünə avtomobil təmiri sexləri inşa etdirən Rəisin hansı “özəllikləri” var ki, həm ETSN əməkdaşları, həm Xətai RPŞ, həm də Xətai RİHB onu əzizləyirlər? Unutmayın Ulu Öndər Heydər Əliyev demişdir: “Bir ağacın budağını kəsən, elə bilin ki, mənim qolumu kəsir.”
Siz nə edirsiniz və ya nəyə göz yumursunuz cənablar?
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc etməyə hazırıq.
BakuNews.az