Daha bir avtobus kart sisteminə keçdi
- 13-07-2018, 14:52
- 1 617
Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, sabahdan etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə ( Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.
199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.