Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü
- 3-07-2018, 12:17
- 1 290
Dünən Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.
Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.