Xırdalan dairəsinə kimi yol bağlanacaq
- 2-07-2018, 11:45
- 1 056
Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu Hüseyin Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Hər iki yolda görülən işlər axşam saatlarınadək davam etdiriləcək.